Avqust ayında Türkiyənin ixracı 2,4% artaraq 22,1 milyard dollara çatıb. Bu da bütün zamanların ən yüksək avqust ayı üzrə ixrac göstəricisidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat avqust ayı üzrə xarici ticarət rəqəmlərini açıqlayıb.

Beləliklə, avqust ayı etibarilə illik ixracat 3,5% artaraq 262 milyard dollara çatıb. Bu dövrdə ölkənin idxalı isə 10,8% azalaraq 27 milyard dollara enib.

Avqust ayında xarici ticarət kəsiri illik bazda 43,4% azalaraq 4,9 milyard dollara və ya son 34 ayın ən aşağı səviyyəsinə enib.

 

Gözəl Həşimova