Pakistanda terror aktlarının sayı artmaqda davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

Belə ki, bu ilin avqustunda terror aktlarının sayı 59 olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 fakt çoxdur.

Ümumillikdə terror nəticəsində azı 84 nəfər həlak olub, 166 nəfər yaralanıb.

Hesabat dövründə ölkədə 12 antiterror əməliyyatı həyata keçirilib, bu əməliyyatlar zamanı 88 yaraqlı məhv edilib. Ekstremistlərlə toqquşmalarda azı 15 hərbçi və 3 polis əməkdaşı həlak olub.

 

Gözəl Həşimova