Yaponiyanın paytaxtı Tokioda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu məlumat yayıb.

Araşdırmalar zamanı ölənlərin yaşının 40-90 arasında olduğu müəyyən edilib.

Qeyd edək ki, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbilə 251 nəfər ölüb.

 

Gözəl Həşimova