Misir prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq.

Əl-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq.

 

Gözəl Həşimova