Niderland məktəblərində smartfonlardan istifadə qadağan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təhsil, Mədəniyyət və Elm Nazirliyi smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Məlumata görə, smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.

Bildirilib ki, ölkədəki bütün məktəblərdə smartfonlardan istifadə qadağan edilib.

Xatırladaq ki, daha əvvəl Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

 

Gözəl Həşimova