Niderland Ukraynaya ümumi dəyəri 200 milyon avro olan yeni yardım paketi ayırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf bildirib.

"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Niderland yalnız cəbhədə deyil, həm də gündəlik həyatda 200 milyon avrodan çox yeni yardım paketi təqdim edir. Bu vəsait ilk növbədə enerji infrastrukturunun qorunması və təmiri, habelə humanitar yardımın göstərilməsi üçün istifadə olunacaq”, - o deyib.

 

Sadiq Cavadov