"Qozlu Körpü", "Şeylanlı", "Aşağı Malıbəyli" kiçik su elektrik stansiyaları (KSES) yenidən qurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərenerji" bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, həmçinin 6 ədəd KSES-in enerji sisteminə inteqrasiyası işləri də aparılacaq.

"Azərenerji" bu işlərin həyata keçirilməsini "Azconstruction" QSC-yə həvalə edib və şirkətlə dəyəri 40,5 milyon manat olan müqavilə bağlayıb.