"İsrailli girovların qətli araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi məlumat yayıb.

"Fələstin silahlı qruplarının altı israilli girovu edam etməsi ilə bağlı xəbərlərdən dəhşətə gəlirik. Bu, müharibə cinayəti ola bilər", - OHCHR-in "X"də dərc edilən bəyanatda deyilir.

"BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk müstəqil, qərəzsiz və şəffaf təhqiqat aparılmasına və günahkarların məsuliyyətə cəlb olunmasına çağırır", - OHCHR qeyd edib.