Nizami Rayon Məhkəməsində barəsində protokol tətbiq edilmiş "Marvel Tranzit Daşımaçılıq" MMC ilə bağlı müraciətə baxılıb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, "Marvel Tranzit Daşımaçılıq" MMC məcburi auditdən yayındığı üçün aidiyyəti qurum tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə protokol tətbiq edilib və iş baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.