Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Allahverdi Həsənov vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Həsənov 1957-ci ildə Şəki rayonunda anadan olub.1992-ci ildən İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışıb, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin, eləcə də dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri olub.

O, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində yarımştat olaraq professor vəzifəsində çalışırdı