Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Avstraliya ilə ticarət dövriyyəsi 598,4 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 65,7 dəfə çoxdur.

Hesabat dövründə ölkədən Avstraliyaya ixrac 101,3 min dollar təşkil edib. Azərbaycanın Avstraliyadan idxalının dəyəri isə 598,2 milyon dollar olub.

 

Gözəl Həşimova