“Azbiznesservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilib və iş hakim Ayaz Səlimovun icraatına verilib.

Məhkəmə sentyabrın 12-si saat 12.00-a baxış iclası təyin edib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Azbiznesservis” MMC (“Garabag Resort and Spa”oteli) 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 25 629 169,11 manatdır və qanuni təmsilçisi hotelin direktoru Safi Orhan Kutluaydır.