Venesuelanın Romadakı müvəqqəti işlər vəkili xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacaninin tapşırığı ilə İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, diplomata ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin şəffaf dərci və müstəqil yoxlanılması, habelə siyasi məhbusların azad edilməsi ilə bağlı tələblər irəli sürülüb.

Qeyd edilib ki, onlardan bəzilərinin İtaliya vətəndaşlığı olduğu üçün vəziyyətə nəzarət etmək məqsədilə İtaliya Xarici İşlər Nazirliyində xüsusi əməliyyat qrupu yaradılıb. Xarici İşlər Nazirliyi onlara dəstək göstərəcəyini və Venesuela hakimiyyət orqanlarından konsulluqla əlaqə saxlayacağını bildirib. Roma həmçinin müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzales Urrutiyanın həbsini pisləyib.