Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma vəzifəsini tərk edib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib.

"Rostislav Şurma Prezident Aparatının rəhbərinin müavini vəzifəsini tərk edir", - o, teleqram kanalında yazıb.

Qonçarenkonun sözlərinə görə, Şurma çoxdandır ki, istefa vermək istəyirdi: "O, hiss edir ki, hər şey böyük problemlərə gətirib çıxarır".