Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Regional Təlim Mərkəzi yaradır.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik bununla bağlı hazırlıqlara başlayıb.

Mərkəz notebook, interaktiv elektron lövhə, konfrans kamerası və digər avadanlıqlara təchiz olunacaq.

Qeyd edək ki, Regional Təlim Mərkəzləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin tabeliyindədir. İndiyədək ölkəmizdə Kürdəmir, Gəncə, Şəki, Lənkəran, Beyləqan, Tərtər, Salyan və Qubada olmaqla 8 Regional Təlim Mərkəzi fəaliyyət göstərib.