Beton qarışığı və sement məhlulu istehsalı ilə məşğul olan “Azkontakt” MMC məcburi auditdən yayındığı üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, MMC məcburi auditdən yayındığı üçün Maliyyə Nazirliyi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə protokol tətbiq edilib.

Daha sonra iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə barəsində protokol tətbiq edilmiş “Azkontakt” MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.