Qazaxıstanda terror fəaliyyətində şübhəli bilinən 6 nəfər saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu ilin avqustunda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatı şəhəri, Qaraqanda, Türküstan vilayətləri və Ulytau vilayətində 5 vətəndaşın terrorizmə qarşı mübarizə tədbirləri həyata keçirib, Qazaxıstan vətəndaşı və dağıdıcı dini cərəyanın tərəfdarı olan bir əcnəbi saxlanılıb. Onlar sosial şəbəkələr də daxil olmaqla, nifrət və zorakılıq ideologiyasını yaymaqda şübhəli bilinirlər”, - məlumatda bildirilib.

Eyni zamanda qeyd olunub ki, saxlanılan şəxslərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb. Məlumata görə, şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib.

Saxlanılan şəxslər barəsində terrorizmin təbliği maddəsi ilə ibtidai istintaq aparılır. 

 

Sadiq Cavadov