Altı nəfərdən ibarət heyəti olan İrana məxsus “Ara Baxtar - 1” yük gəmisi Küveytin ərazi sularında batıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Dəniz Nəqliyyatı və Limanlar Təşkilatının təhlükəsizlik və sahil mühafizəsi departamentinin rəhbəri Nasser Pasandeh bildirib.

Onun sözlərinə görə, üç ekipaj üzvünün cəsədlərinin axtarışı davam edir.

“Batan gəminin altı ekipaj üzvü arasında İran və Hindistan vətəndaşları da var idi. Üç nəfərin cəsədi tapılıb, daha üç cəsədin axtarışları davam edir”, - o deyib.

 

Sadiq Cavadov