"Azercell Telekom"un fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "BluTV" xidməti ləğv ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, qərar sentyabrın 30-dan etibarən qüvvəyə minəcək.

Xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla müvafiq olaraq xidmətin növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.