İndoneziya meymunçiçəyinə (mpox) yoluxma hallarının artması səbəbindən ölkəyə daxil olan əcnəbilərə nəzarəti gücləndirib.

Bu barədə İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyətlər avqustun 28-dən tətbiq olunmağa başlayıb.

“Ölkədə meymunçiçəyinə yoluxma riskini minimuma endirmək üçün İndoneziyaya gələn bütün əcnəbilər QR kodu şəklində müvafiq tibbi bilet almaq üçün ixtisaslaşdırılmış internet saytında elektron formanı doldurmalıdırlar”, - məlumatda bildirilib.

Qeyd olunur ki, bu QR kodu sərhəd nəzarətindən keçmək üçün lazımdır.

Bildirilir ki, İndoneziyaya gələn əcnəbilər meymunçiçəyi simptomları olan insanlarla qarşılaşıblarsa, dərhal hakimiyyət orqanlarına məlumat verməlidirlər.

Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

 

Sadiq Cavadov