Birləşmiş Ərəb Əmirlikləri BRİCS-ə ona görə qoşulub ki, o, beynəlxalq ictimaiyyətin müxtəlif iştirakçıları ilə qlobal iqtisadiyyatın inkişafına töhfə verəcək konstruktiv dialoq qurmaqda maraqlıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu BƏƏ-nin maliyyə nazirinin müavini Yunis Hacı əl-Xouri deyib.

"BƏƏ-nin BRİCS qrupuna daxil olması bizim dünya ölkələrinin inkişafı və rifahının dəstəklənməsinə yönəlmiş çoxtərəfliliyə və konstruktiv dialoqa sadiqliyimizi əks etdirir. Bu addım BƏƏ-nin digər ölkələr, beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin qurulmasına uzunmüddətli yanaşmasına uyğundur. Və institutlar öz iqtisadiyyatının rəqabət qabiliyyətini və dayanıqlığını artırmaq və böyümə üçün yeni imkanlar axtarmaqdadır", - Yunis Hacı qeyd edib.