2025-ci ilə qədər Finlandiya Şimali Avropada aparıcı alkoqol istehlakçısı ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Mütəxəssislər bunu Finlandiya qanunvericiliyinin 8 dərəcəyə qədər spirtli içkilərin geniş satışına imkan verən yumşaldılması ilə əlaqələndirirlər.

Bildirilib ki, 2020-ci ildə Finlandiya alkoqol istehlakına görə bu ölkələr arasında üçüncü yerdə olub.

 

Gözəl Həşimova