"Beyləqan Təmir-Tikinti" Açıq Səhmdar Cəmiyyəti (ASC) təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, ASC "Beyləqan Təmir-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilib.

Bu səbəbdən ASC-yə məxsus olan və Milli Depozit Mərkəzi tərəfindən verilmiş AZ 1001018055 Dövlət Qeydiyyat Nömrəli, Qiymətli kağız mülkiyətçilərinin reyestirində nominal dəyəri 2.00 AZN olmaqla ümumi miqdarı 23801 miqdarda səhmlər dövriyyədən çıxarılır.

Qeyd edək ki, "Beyləqan Təmir-Tikinti" ASC 1998-ci ildə dövlət qeydoyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 47602 manat, qanuni təmsilçisi isə Atakişiyev Yusif Aqil oğludur.