Bu ilin yanvar-iyul dövründə İspaniyaya gələn turistlərin sayı 12% artaraq 53 milyon 370 min nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya Milli Statistika İnstitutunun (INE) məlumatında deyilir.

Təkcə iyul ayında İspaniyaya 10 milyon 900 min turist səfər edib.

Bu dövrdə ölkənin turizm gəliri isə 18,6% artaraq 71 milyard avronu ötüb. Bununla da İspaniyanın turizm gəlirləri rekord səviyyəyə çatıb.

 

Gözəl Həşimova