Nobel Fondu Rusiya və Belarus səfirlərini 2022-ci ildə Stokholmda keçiriləcək Nobel mükafatının təqdimetmə mərasiminə dəvət etməmək qərarına gəlib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə fondun press-relizində deyilir.

“Nobel Fondu İsveçdə yerləşən səfirləri dəvət edir, lakin Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar fond Rusiya və Belarus səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəlib”, - məlumatda deyilir.