Finlandiyanın “VR Group” dövlət şirkəti ilin sonuna qədər Rusiya istiqamətində yük daşınmalarını tamamilə dayandıracaq.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Eliza Markula bildirib.

“Şərqə yük daşımaları ən geci bu ilin sonuna qədər tamamilə dayandırılacaq”, - o deyib.

Sentyabrın sonuna qədər şirkət Rusiyaya yük daşımalarının 65%-ni kəsib.

Qeyd edək ki, yazda Finlandiya Rusiyaya dəmir yolu ilə yük daşımalarını tamamilə dayandırmaq niyyətində olduğunu bəyan etmişdi. Martın 28-dən “VR Group” Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən “Allegro” sərnişin qatarlarının hərəkətini qeyri-müəyyən müddətə dayandırıb.