Azərbaycanda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.

İqtisadiyyat.az Türkyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhəti hazırda yaxşıdır.

Nazir həmçinin Binəli Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.