Litva Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiyalı diplomat 5 gün ərzində Litvanı tərk etməlidir.

Litva XİN müvəqqəti işlər vəkilinin son bəyanatlarının və addımlarının onun diplomatik statusu ilə uyğun gəlmədiyini vurğulayıb.