"Azercell Telekom" bəzi dəyişikliklərlə bağlı verilmiş qərarın qüvvəyə minəcək tarixini dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, "Azercell Telekom" tərəfindən avqustun 13-nə nəzərdə tutulmuş dəyişikliklər sentyabrın 3-dən etibarən tətbiq ediləcək:

Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr əldə edilərkən ödənilməsi nəzərdə tutulan 2 AZN məbləğində təsis haqqı ləğv edilir. Eyni zamanda Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr üçün təqdim edilən "Xoş gəldin" kampaniyası dayandırılır. Qeyd olunan tarixə qədər "Xoş gəldin" kampaniyasına qoşulan nömrələr, istifadə müddəti bitənədək kampaniya şərtlərindən yararlana biləcəklər.