OPEC-in bu il üzrə tələb artımı ilə bağlı proqnozu azaldığı üçün neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 78 sent və ya 0,95% ucuzlaşaraq 81,52 dollar olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 73 sent və ya 0,91% azalaraq 79,33 dollar olub.

 

Gözəl Həşimova