Krım körpüsündə partladılan TIR-ın sahibi məlum olub. 

Araşdırmalardan sonra məlum olub ki, əslən azərbaycanlı olan Mahir Yusubov yük daşımaları ilə məşğul olduğu üçün ona gübrə daşınması sifarişi verilib. Beləliklə o, özü də bilmədən bu işdə istifadə edilib. 

Yük maşının sahibi Kazanda tərəvəz və meyvələrin topdan satışı ilə məşğul idi. Onun şəxsi satış məntəqəsi, həmçinin topdansatış anbarı var idi. Onun Rusiyadakı dostlarının da əsasən azərbaycanlılar olduğu deyilir. 

Dostları bildirib ki, Yusubov radikal müsəlmanlar arasında olmayıb, onun təmas dairəsində əsasən azərbaycanlılar olub. 

Valideyni boşandıqdan sonra o, atası ilə dava edərək evi satdıqdan sonra Krasnodara, qardaşının yanına gedib.