İsveç “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz kəmərlərində baş verən sızıntılarla bağlı araşdırmanı başa çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanları təbii qaz kəmərlərində partlayışların təxribat nəticəsində baş verdiyi qənaətinə gəliblər. Lakin bu partlayışları konkret kimin təşkil etməsi barədə məlumat verilməyib.