Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, ucuzlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Əsas ərzaq məhsullarının beynəlxalq qiymətində aylıq dəyişiklikləri əks etdirən FAO-nun Ərzaq Qiymətləri İndeksi sentyabrda avqust ayına nisbətən 1,1 % azalsa da, keçən ilin sentyabr ayına nisbətən 5,5 % artaraq 136,3 bənd təşkil edib.

Hesabatda bitki yağının qiymətinin bir ay ərzində 6,6 % azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd olunub. Buna səbəb Argentinadan soya yağı ixracının, həmçinin Qara dəniz regionundan günəbaxan yağının tədarükünün artmasıdır.

Bir ay ərzində süd məhsullarının qiyməti 0,6 %, ətin qiyməti 0,5 %, şəkərin qiyməti isə 0,7 % ucuzlaşıb.