Rusiya Prezidenti Vladimir Putin anti-Rusiya sanksiyaları ilə bağlı zarafat edib.

İqtisadiyyat.az xəbər verir ki, Putin bu zarafatı Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı edib.

Dövlət başçısının sözlərinə görə, bunu ona alman dostu deyib:

“Oğul atasından soruşur ki, ata, niyə belə soyuqdur? O deyir ki, Rusiya Ukraynaya hücum etdiyi üçün. Uşaq soruşur, bunun bizə nə dəxli var?

- Biz də ruslara qarşı sanksiyalar tətbiq etmişik.

- Niyə?

- Onlara pis hiss etdirmək üçün.

Putin Rusiyaya qarşı sanksiyaların ölkə iqtisadiyyatını məhv etmək məqsədi daşıdığını, lakin alınmadığını bildirib.