İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Türkiyəyə gələn ay təşkil edilməsi nəzərdə tutulan ixrac missiyasını ləğv edib.

İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Xatırladaq ki, missiya sentyabrın 16-21-də Türkiyənin Adana, Mərsin və İstanbul şəhərlərinə həyata keçirilməli idi. Missiyasında iştirak edəcək ixracatçıların müsabiqə əsasında seçilməsi nəzərdə tutulurdu.