Ukrayna Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə qoşulub. Ukrayna kimi, Moldova da Avropa Elektrik Şəbəkəsi ilə sinxronlaşdırılıb. Bu barədə Aİ Enerji Komissiyasının üzvü Kadri Simson bildirib.

Simson sözügedən sinxronizasiyanın Ukraynanın elektrik sistemini sabit saxlayacağını qeyd edib.

O, sinxronizasiyanın Aİ-Ukrayna əlaqələrində mühüm mərhələ olduğuna vurğulayıb. Həmçinin, Ukraynanın enerji sahəsində hazırda Avropanın bir parçası olduğunu bildirib.

Simson Ukraynanı ehtiyac duyduğu enerji ilə təmin etmək üçün təbii qazın tərs axınına davam edəcəklərini də əlavə edib.