İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. 

İqtisadiyyat.az "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb.

 

20:06

İranın Fars əyalətinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində 15 nəfər ölüb, 27-si yaralanıb. 

İqtisadiyyat.az IRNA-ya istinadən xəbər verir ki, ölənlərdən ikisi uşaqdır.  

 

19:41

İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb. 

 

19:24

İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə İqtisadiyyat.az IRNA-ya istinadən xəbər verir.

Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.