Rusiya hökuməti 117 milyon dollar dəyərində olan istiqrazlar üçün lazımi ödənişi etdiyini açıqlayıb.

Rusiyanın 300 milyard dollarlıq beynəlxalq ehtiyatlarının dondurulması səbəbindən istiqrazlardan yaranan xarici borcların ödənilməsi prosesi nəticəsində defolt ehtimalı yaranıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ sərmayəçilərinin Rusiya tərəfindən edilən borc ödənişlərindən azad edildiyi bildirilib.