“Anonymous” beynəlxalq haker qrupu Rusiya FTX-nin saytını sındıraraq “Rosneft”in məlumat bazasını ələ keçirib.

Bu barədə "Anonymous" "Twitter"dəki səhifəsinə istinadən məlumat yayıb.

""Anonymous" Rusiya hökumətinin saytlarına hücumları davam etdirir. Bu dəfə Federal Təhlükəsizlik Xidmətinin saytı sınıdırıldı”, - hakerlər bildiriblər.

Hakerlər həmçinin “Rosneft”in məlumatlarını ələ keçirib və işçilərin telefonlarından məlumatları siliblər.

Daha əvvəl “Anonymous” beynəlxalq haker qrupu Rusiyanın bütün dövlət telekanallarını sındırıb, bundan sonra onlar Ukraynadakı müharibə haqqında videolar yayımlamağa başlayıblar və rusları Ukraynadakı rus soyqırımına qarşı çıxmağa çağırıblar.

Kremlin “kiber müharibəsi” elan edildikdən sonra “Anonymous” haker qrupu Ukraynaya dəstək məqsədilə martın 5-dək Rusiya və Belarusda dövlət qurumlarının, KİV-lərin və s.-nin 2500-dən çox saytını sındırıb.