Ukrayna hərbçiləri Xerson vilayətində yerləşən aerodroma zərbə endiriblər.

Nəticədə aerodromdakı Rusiya helikopterləri sıradan çıxarılıb.

“Bu Ukrayna qoşunlarının müharibə dövründə Rusiya helikopterlərinə endirdiyi ən dağıdıcı zərbədir: Zərbə və nəticəsində yaranmış yanğın zamanı minimum üç helikopter məhv edilib”, - deyə xəbərdə qeyd olunub.