Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.

Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat verib.

O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu göndərib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış”, - deyə Tolstoy bildirib.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüyü ilə bağlı qərar qəbul edəcək.