Kanada sanksiya siyahısına Rusiyanın daha 35 vətəndaşını əlavə edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Sanksiya siyahısına “Qazprom”un və Rusiyanın energetika sektorunun 6 şirkətinin rəhbəri də daxildir.

Xatırladaq ki, bundan əvvəl Kanada Rusiyanın 62 vətəndaşını və müdafiə sektoru ilə bağlı 1 təşkilatı sanksiya siyahısına daxil edib.