Cəlilabad rayonunda 6 sututarda (su anbarında) təmir-bərpa işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunlar Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarıdır.

Sututarlarda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün təmir-bərpa aparılacaq.

Qeyd edək ki, hazırda rayon ərazisində ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar mövcuddur.