Filippinin Mindanao adasında yaxınlaşan "Nalji" qasırğasının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 31 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Şimali Maqindanao əyalətində bir şəhər və on bələdiyyəyə, habelə 7 avtomobil yolu və 3 körpüyə ziyan dəyib.

Məlumata görə, “Nalji” qasırğası Filippinin şimalına doğru irəliləyir. Təbii fəlakət bölgəsindən 5 min nəfər təxliyə edilib. Filippində hər il orta hesabla 20 tayfun və fırtına baş verir. Bu təbii hadisələr nəticəsində çoxlu sayda insan ölür, evlər, yollar və körpülər dağılır.