81 kq çəki dərəcəsində Paris Olimpiadasının çempionu olmuş norveçli ağırlıqqaldıran Solfrid Koanda ölkəsində ağır atletika ilə məşğul olan idmançıların az gəlir əldə etməsindən danışıb.

İqtisadiyyat.az xəbər verir ki, o, qızıl medalını satışa çıxara biləcəyini deyib.

“Hələlik özümü qəhrəman kimi hiss edirəm, amma ola bilsin ki, yenidən elektrik işləyim, bilmirəm. Bəlkə də 2028-ci il Olimpiadasına hazırlıq üçün qızıl medalı satışa çıxarmaq məcburiyyətində qalacağam, görəcəyik”, – deyə çempion bildirib.

25 yaşlı Koanda birdən qaldırma və təkanla qaldırmada ümumilikdə 275 kq-lıq nəticə ilə olimpiya rekordunu yeniləyərək Parisdə yarışın qalibi olub. İkinci yeri Misir idmançısı Sara Əhməd (268 kq) tutub. İlk üçlüyü Ekvador təmsilçisi Neysi Dahomes (267 kq) tamamlayıb