Türkiyənin Sivas şəhərində 4,1 maqnitudalı zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Qurumun verilənlərinə görə, təbiət hadisəsi yerli vaxtla 10:33 (Bakı vaxtı ilə 11:33-də) qeydə alınıb. Bildirilib ki, yeraltı təkanların ocağı 9,7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.