Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlak üzərində 5947 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən məlumat verilib.

Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 2095, mənzil üzərində 969, torpaq sahəsi üzərində 2509, qeyri-yaşayış binası üzərində 90, qeyri-yaşayış sahəsi üzərində 261, əmlak kompleksi üzərində 22, çoxmənzilli yaşayış binası üzərində isə 1 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.