Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilib.

Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb, neft həcmləri isə 1,8 faiz azalıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz artıb.