Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,7 % təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 102,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102 %, qeyri-qida məhsulları üzrə 101,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 % təşkil edib.