Estoniyada bu gündən başlayaraq bütün birinci sinif şagirdləri və uşaq bağçası qrupları yalnız eston dilində təhsil alacaqlar.

İqtisadiyyat.az bu barədə "İnterfax"a istinadən xəbər verir.

“Yeni dərs ili Estoniya təhsil sistemi üçün tarixidir. Bu il Estoniyada müstəqillik bərpa etdikdən sonra ilk dəfə olaraq bütün birinci siniflərdə eston dilində təhsil başlayacaq, ümumilikdə 15 000 şagird birinci sinfə gedəcək”, - deyə təhsil naziri Kristina Kallas bildirib.

 

Gözəl Həşimova